Dərc edilib: 16-12-2016

https://www.nuh.az/8922-.html

Mən bir susmaz duyğuyam ki”… Ədəbi-bədii kompozisiya keçirildi – FOTO

16.12.2016 14:42:55

Mədəniyyət

“Mən bir susmaz duyğuyam ki” adlı ədəbi-bədii kompozisiya keçirildi – FOTO Humanitar Fənlər Gimnaziyasında X sinif şagirdlərinin iştirakı ilə C.Cabbarlının yaradıcılığına həsr olunmuş “Mən bir susmaz duyğuyam ki” adlı ədəbi-bədii kompozisiya keçirildi.

Burada məqsəd şagirdləri C.Cabbarlının yaradıcılığı ilə yaxından tanış etmək, onun əsərlərinin tərbiyəvi əhəmiyyətini aşılamaq idi. Dramaturqun “Solğun çiçəklər”, “Oqtay Eloğlu” və “Sevil” əsərlərindən parçalar şagirdlər tərəfindən səhnələşdirildi. “Soğun çiçəklər” əsərindəki Sara rolunun ifaçısı XI sinif şagirdi Aytac Rüstəmlinin Saranın ölüm səhnələrindəki fəryad dolu çıxışı hamını göz yaşlarına boğdu.

 

15571285_1124528120979497_1171533652_n

 

Bəhram obrazını XI sinif şagirdi Fərid Əsgərov, Gülnisə obrazını Rəhimə Quliyeva, Pəri rolunu Aytən Şükürova, Əbdül əmi surətini isə Əmrə Mirzəyev canlandırdı. Tamaşaçılar göz yaşları içində bu səhnəni seyr etdilər. “Sevil” tamaşası da təsirsiz ötüşmədi. Rəhimə Quliyeva – Sevil rolunun ifaçısı Sevilin öz balası ilə qovuşması səhnəsi ilə hamını göz yaşlarına qərq etdi. Dilbər obrazını çox böyük cəsarətlə oynayan Aytən Şükürovanın çıxışı anşlaqla qarşılandı. “Oqtay Eloğlu” rolu ilə tamaşaçıların qarşısına çıxan Elsevər Babayev öz üsyankar çıxışı ilə hamını heyrətləndirdi. Firəngiz obrazını Fatma Məmmədova, Aslan bəyin surətini Çingiz Ələkbərov canlandırdı. Şagirdlərin peşəkar aktyorlar kimi çıxış etmələri tədbirin qonaqlarını və gimnaziyanın direktoru Xuraman xanımı çox təsirləndirdi. O, sonda şagirdlərə öz təşəkkürünü bildirdi. Bu şagirdlərin təşəkkürnamə ilə təltif olunmasını vurğuladı, onların ifasını çox bəyəndiyini qeyd etdi.

 

15497936_1124528124312830_1082788884_n

 

Tədbirin qonaqlarından Təhsil Nazirliyinin nümayəndəsi Hüseyn Mirzəyev, Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nəcəf Novruzov, Texniki – Humanitar Liseyinin direktoru Səidə Zeynalova, 324 saylı məktəbin direktoru Gülarə Atayeva, Milli Elmlər Akedemiyasının Ədəbiyyat İnstitutunun Filologiya elmlər doktoru Esmira Şükürova, Milli Elmlər Akademiyasının Folklor İnstitutunun böyük elmi işçisi Nailə Əsgər və Qumru Şəhriyar da bu tədbirin təşkilatı işindən razı qaldıqlarını bildirdilər. Tədbirdə C.Cabbarlı yadigarı, onun nəvəsi, ev muzeynin direktoru Qəmər Bağırova da şagirdlərimizin çıxışından təsirləndiyini bildirdi, belə tədbirlərin şagirdlərdə milli-mənəvi dəyərlərini inkişaf etdirilməsində mühüm rol oynadığını vurğuladı. Bu tədbirdən sonra şagirdlər anladılar ki, pul heç də insan həyatında mühüm rol oynamır, qadının təhsil alması vacib şərtdir.

 

  NUH.az

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib