Dərc edilib: 17-12-2016

https://www.nuh.az/8934-.html

Allahın acizliyi və insanın cahilliyi haqqında(balaca bir esse)

17.12.2016 17:36:54

Cəmiyyət

 

Rasət  Pirisoyu 

 

Allah  insanların    cahilliyi qarşısında  hər dəfə aciz qalanda  ona bir  «möcüzə»  göndərib.  

İnsanlar  da uzun illər boyu bu «möcüzənin»  yaratdığı  illüzyanın  içində ora - bura vurnuxub,  heyran olub, baş yarıb, yaxa cırıb və ölüb gediblər. Peyğəmbərlər  dünyaya beləcə gəilb.Və günlərin bir günü bu cahillik elə bir səviyyəyə  çatıb ki,  insanı ram etmək üçün illüziyalar bəs etməyib. Və tarixin Orta əsrlər dövrü  başa çatıb  və Yeni dövrü başlayıb. Yeri gəlmişkən,  deyim ki, tarixdə ilk dəfə «Orta əsrlər»  terminini  italiyalı humanist  Filavio Bondo (Flavius Blondus)  işlədib,  indi biz də  nədən ibarət olduğunu vecimizə almadan bu termindən  geninə - boluna istifadə edirik. Əslində buna bizim, yəni biz azərbaycanlıların tam «haqqı var», çünki biz,  hələ də orta əsrlərin  içərisindəyik  və ordan nə vaxt çıxacağımız  heç allaha da bəlli deyil. Söhbət  insanı cahilliyindən və Allahın insan qarşısında  acizliyindən  gedir…Orta əsrləri inkar edib Yeni dövrü  izah etmək istəyən  filosolflar peyğəmbərlərdən də  böyük şöhrətə yiyələnə bildilər. Amma buna baxmayaraq insan cahilliyindən yenə də əl çəkmədi. Keçən əsrin əvvəllərində  Avropa modernizmini nəzərdən keçirən  və indii bizim   postmodernizm kim tanıdığımız  dünyagörüş  birbaşa olmasa da  örtülü şəkildə  dünyaya pıçıldadı ki, (indi  postmodernizm bunu açıq şəkildə deyir)  cahillik insanın  mahiyyətindədir, bununla  mübarizə aparmağa  dəyməz, insan da vəhşidir, elə insanı da  başqa  vəhşi  canlılar kimi rahat buraxmaq  lazımdır, qoy necə istəyirsə,  elə də yaşasın… Bəs bu düşüncə tərzinin  nəticəsi nə oldu?

Nəticədə faşizm və kommunizm meydana çıxdı.Dünyada vəhşi dövlətlərin döyüşü başladı.Nəticədə bəşəriyyət  iki dünya mühaibəsi ilə üz - üzə gəldi. İki dünya müharibəsindən sonra allah bizə internet  möcüzəsi bəxş etdi.  Yeri gəlmişkən deyim ki,  Yeni dövr fəlsəfəsinin baniləri - Frensis Bekondan (Francis Bacon) tutmuş içərisi  İssak Nyuton (Isaac Newton) və Blez Paskal (Blaise Pascal) olmaqla Devid Yuma (David Hume) və Piyer Qassendiyə  (Pierre Gassendi) qədər bütün filosoflar Allah ideyasını qəbul edib, amma hərə   öz başa düşdüyü tərzdə.İndi internet bizə  dünyanı demək olar ki, bütün  çılpaqlığı ilə  təqdim edir. Biz çox asanlıqla dünyanı  hansı biabırıçılıq içərisində olduğunu  müşahidə edə bilirik. Nə Orta əsrlərdə, nə də Yeni dövrdə insanın  belə bir imkanı olmayıb. Amma indi var.Ən  biabırçı «internet də»  Azərbaycandadır.İndi biz hamımız Azərbaycandakı  informasiya qarşısında acizik,  gözümüzün önündə   irtica ilə qaragüruh  və  ona qoşulan (içi biz qarışıq) möhtəşəm Azərbaycan xalqı   ən müxtəlif  şəkildə  mayallaq aşır  və heç kimin əlindən  heç nə gəlmir. Amma nə yaxşı ki, internet  var.İnternet olmasaydı, indi biz  nəinki Frensis Bekonu,  İssak Nyutonu, Blez Paskalı… heç Suriyani, İŞİDİ, o cümlədən Tarif Şurasıni,  yorğan haqqında,  az yeməyin faydaları haqqında  yeni bilgiləri  taniya bilməzdik.Heç özümüzün  özümüzdən də xəbərimiz olmazdı. 

 

İlahi, internetə görə çox sağ ol! Amma bizim yenə  sənə ehtiyacımız var. Gör neyləyirsən…

 

 

   NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib