Dərc edilib: 18-12-2016

https://www.nuh.az/8941-.html

Samir Şərifov hədəfə gətirilir?

18.12.2016 14:48:28

İqtisadiyyat

Bir neçə gündür Azərbaycan Hesablama Palatası Maliyyə Nazirliyində əsaslı yoxlamalara başlayıb.


Bu barədə azpolitika.info hökumətdəki mənbələrinə istinadsən məlumat yayıb. Məlumatda yoxlamanın “növbədənkənar və təcili” olduğu bildirilir.

Nəşr onu da qeyd edir ki, son günlər maliyyə naziri Samir Şərifovun yaxın ətrafında baş verənlər fonunda bu yoxlama təsadüf kimi qəbul oluna bilməz. Söhbət Azərbaycan Beynəlxalq Bankı və “Azər-Türk Bank” rəhbərliyindəki gözlənilməz, hətta sensasiyalı dəyişikliklərdən gedir.

 

 

   NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib