Dərc edilib: 20-12-2016

https://www.nuh.az/8954-.html

Öldürülən rus səfir barədə ilginc FAKTLAR

20.12.2016 13:53:11

Hadisə

Xəbər verdiyimiz kimi, bu gün Rusiyanın Türkiyədəki səfiri Andrey Karlova sui-qəsd edilib. Səfir Ankarada mədəniyyət mərkəzində iştirak etdiyi rəsm sərgisinin açılışı zamanı güllələnib. O,dərhal xəstəxanaya aparılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, diplomatın həyatını xilas etmək mümkün olmayıb.

 

Qətlə yetirilən səfirin tərcümeyi-halını təqdim edirik: Andrey Karlov 4 fevral 1954-ci ildə Moskvada anadan olub. 1976-ci ildə SSRİ XİN-nin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq iqtisadi münasibətlər fakültəsini, 1992-ci ildə isə Rusiya XİN-in Diplomatik akademiyasını bitirib. Koreya və ingilis dillərində sərbəst danışan Karlov 1976-ci ildən diplomatik fəaliyyətə başlayıb. 1976-2008-ci illərdə XİN-in Mərkəzi aparatında və xaricdə müxtəlif vəzifələrdə işləyib. 2001-2006-cı illərdə Rusiya Federasiyasının Koreya Xalq Demokratik Respublikasındakı Fövqəladə və səlahiyyətli səfiri olub. 2007-2009-ci illərdə Rusiya XİN-in Konsulluq departamentinin direktor müavini, daha sonra həmin departamentin direktoru olub. 2013-ci ilin iyulun 12-dən Rusiya Federasiyasının Türkiyə Respublikasında Fövqəladə və səlahiyyətli səfiri təyin olunub. (Azvision.az) Türkiyəli jurnalist Muharrem Sarıkaya isə öldürülən rus səfir barədə inanılmaz faktlardan danışıb. Səfir Karlov şəxsi mühafizəçidən, zirehli maşında istifadə etməzdi. Bunun səbəbini soruşan jurnalistlərə isə səfir “Mənə heç kim, heç nə edə bilməz” deyib. Bu gün sərgi salonunda vurulan səfir 2013-cü ildə Türkiyəyə səfir təyin olunub. (aznews.az )

 

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib