Dərc edilib: 21-12-2016

https://www.nuh.az/8970-.html

FƏTULLAH PUTİNƏ MEYDAN OXUYUR

21.12.2016 13:44:40

Maraqlı

Hurriyyet.org xəbər verir ki, Türkiyənin Sabah.com.tr saytında “Fətullah Putinə meydan oxuyur! Sui-qəsdin şifrələri” başlıqlı məqalə dərc olunub.
Dünən Ankarada həyata keçirilən FƏTÖ sui-qəsdinin şifrələri meydana çıxır. Rusiya ilə Müstəqil Dövlətlər Birliyini yaxından tanıyan, Beynəlxalq Qafqaz fondunun başçısı, bir zamanlar Gülənə çox yaxın adlardan sayılan Hayati Küçük FƏTÖ sui-qəsdinin şifrələrini Sabah.com.tr-yə bildirib. Onun mətbuata verdiyi açıqlamalardan bəzi başlıqlara baxaq:


FƏTÖ bu sui-qəsdlə, sadəcə, Türkiyəyə yox, dünyaya meydan oxuyur!

Hörmətli prezidentimiz bu təşkilatın nə qədər təhlükəli olduğunu, sadəcə, Türkiyəyə yox, bütün dünyaya bildirirdi. Son sui-qəsd prezidentimizin vurğuladığı həqiqətləri bir daha aşkar elədi. Bu təşkilat, siyasi sui-qəsdlər də daxil olmaqla, hər cür xəyanətə qabildir. Bu, sadəcə, Türkiyə üçün təhdid deyil. FƏTÖ-nün 40 il müddətində fəaliyyət göstərdiyi dünyanın 173 ölkəsi də eyni təhdid altındadır. FƏTÖ-nün fəaliyyətinə icazə verən və onun təşkilatlarından məzun olmuş şəxslərə məmurluq vəzifələri verən ölkələrin hamısı bu təhdidlə qarşılaşa bilər.

FƏTÖ üzvlərinin yaxşısı-pisi olmaz, cəmiyyətdə onlara yer verilməməlidir

Son dövrlərdə tez-tez “qurunun oduna yaş da yanar” deyərək gizli FƏTÖ üzvlərinə göz yumulurdu. Dünən sui-qəsdi həyata keçirən o xain FƏTÖ üzvü vaxtında işindən uzaqlaşdırılsaydı, çox yəqin ki, “22 yaşındakı uşağın peşəsini niyə əlindən alırsınız, niyə ona şans vermirsiniz?” deyə qınayacaqdılar. Lakin gördüyümüz kimi, FƏTÖ-nün yaxşısı-pisi, cavanı-qocası, qırmızı-mavi, siyahları olmur. Dövlətin əlaqədar təşkilatları bu məsələdə çox diqqətli olmalı və bu məsələdə heç bir güzəştə getməməlidirlər. Əlbəttə, günahsız insanlar əziyyət çəkməməlidirlər, lakin FƏTÖ məsələsində zəiflik göztərməyin də böyük fəlakətlərlə nəticələnə biləcəyini də unutmamalıyıq.

Gizli FƏTÖ ablalarına da diqqət verilməlidir

Bundan sonra mən hələ hərəkətsiz olan FƏTÖ ablalarından da ciddi terror aktları daxil olmaqla, daha ciddi əməliyyatlar keçirə biləcəklərini gözləyirəm. Ablalara nədənsə qətiyyən toxunmurlar. Çox məsum görünən, küncdə-bucaqda qalmış kimi görünən ablalar bir çox FƏTÖ üzvündən daha amansız davrana bilərlər. Asayişdə, TSQ-də, Ədliyyə, Təhsil və digər məmur vəzifələrində minlərlə abla var. Qadınların qandallı fotoşəkillərinin bəzi dairələr tərəfindən istifadə edilməsindən xəbərdaram. Lakin bu məsələdə mərhəmətli davranmaq zəiflik yaradır. Mən böyük problemlərlə qarşılaşmazdan əvvək ablalar məsələsində də dövlətimii diqqətli olmağa dəvət edirəm.

Sui-qəsdin bütün detallarını FƏTÖ hazırlayıb

Dünən Rusiyanın Ankaradakı səfirinə qarşı edilən sui-qəsddə bir neçə mesaj var. Əvvəlcə bunu bilmək lazımdır. Bu sui-qəsdin FƏTÖ tərəfindən həyata keçirilməsinə zərrə qədər də şübhə etmirik. Bu sui-qəsdin detallarının və orada səsləndirilən şüarların da – təşkilatı və Güləni tanıyan biri kimi – Fətullah Gülən tərəfindən hazırlanmasına da heç şübhə etmirəm.

Rusiyaya həmişə böyük əhəmiyyət verilib

2005-ci ildə Pensilvaniyada ikən yığınacaq zamanı eşitdiyim qızğın söhbət əsnasında gülənin sirr küpəsi olan xüsusi adamı mənə eynilə belə demişdi: “Siz bu dağın təpəsində bu cür lazımsız mübahisə edərkən Xocamız Putindən sonra gələcək adam haqqında fikirləşir. Sizin üfüqünüz necə də dardır”. Bu da FƏTÖ-nün Rusiyaya həmişə xüsusi diqqət yetirməsini göstərir.

Fətullah Güən Putinə nifrət edir

Fətullah Gülən Rusiyada FƏTÖ məktəbləri fəaliyyət göstərdiyi dövrdə də Putinə nifrət edirdi. Çünki Putin FƏTÖ-nün heç bir hədiyyəsini qəbul eləmədi. Gülənin heç bir nümayəndəsi ilə danışıq aparmadı. Fətullah deyərdi: “Putin KQB agentidir, ona əsla güvənməyib. O sizi boğmamışdan öz sahənizdə çox güclənməlisiniz”. Putin yavaş-yavaş FƏTÖ-yə qarşı çıxmağa başladıqda Rusiyanın yəhudi mənşəli maliyyə nazirini vasitəçi edərək aranı düzəltməyə çalışdılar. Putin ona da etibar etməyincə, Gülənin Putinə düşmənçiliyi kulminasiya həddinə çatdı. FƏTÖ Volqa çayında Putini boğmaq istəyərkən, Putin Güləni Rusiyada məhv elədi. FƏTÖ-nün düşmənçiliyinin səbəbi də budur. Lakin FƏTÖ-nün Putinə qarşı nifrətinin bu sui-qəsdlə bitəcəyini düşünmürəm. Putinin Fətullahçı Təşkilat haqqında sərt tədbirlər həyata keçirəcəyini və bu sui-qəsdin cavabını Gülənə verəcəyini də söyləmək lazımdır.

Gülənin hədəfi həm Ərdoğanı, həm də Putini çətin vəziyyətdə qoymaqdır


 

FƏTULLAH PUTİNƏ MEYDAN OXUYUR. PUTİN GÜLƏNİ YERLƏ-YEKSAN EDƏCƏK: “Mənə təlimatı verəni tapın”

 

Hayati KÜÇÜK


2006-cı ildə Rusiya Federasiyası FƏTÖ-dən tamamilə təmizləndikdən sonra Gülənin Putinə qarşı xüsusi bir kini və düşmənçiliyi yarandı. Dünən Ankarda FƏTÖ tərəfindən həyata keçirilən sui-qəsddə bir çox mesaj vardır. Mənim fikrimcə, bu mesajlardan ən mühümü Putinə göndərildi. Əvvəlcə Rusiya təyyarəsini Türkiyə sərhəddində vuran
təşkilat indi də Ankarada Rusiya səfirini öldürərək Putini öz cəmiyyəti qarşısında bir daha çətin vəziyyətdə qoydu. Fətullah Gülən bu sui-qəsd ilə birlikdə Yaxın Şərqdəki digər ölkələrə də bir növ xəbərdarlıq elədi.

Gülənin son intihar hücumu da uğursuz olacaq

Gülən dekabrın 17-25 tarixlərində, 15 iyul xəyanətində olduğu kimi, yenə də bir kamikadze hücumu etdi. Ankarada Fətullah Gülən tərəfindən hazırlanıb həyata keçirilən bu sui-qəsd cəhdi FƏTÖ-nun sonunu gətirəcək. Çünki Trampın ABŞ iqtidarına gəlməsi və FƏTÖ-nün Rusiya Federasiyasına bu şəkildə meydan oxuması öz ölümünə fərman verməsi deməkdir. ABŞ-da varlığını itirməyə başlayan, Putinə müharibə elan eləyən bir təşkilatın dünyada qalmasına imkan yoxdur. FƏTÖ tezisləri məsələsində Tramp və Putin artıq Türkiyənin tərəfində olacaqlar. Bu da FƏTÖ-nün ipinin çəkilməsi deməkdir. Fətullah Gülənin son intihar hücumunda da müvəffəqiyyətsizliyə uğraması təşkilatın iflasını daha da sürətləndirdi. Siyasi sui-qəsdlər arxasınca qaçan bir təşkilat lideri olaraq bundan sonra beynəlxalq ictimaiyyət qarşısında daha çətin vəziyyətə düşəcək.

Bundan sonra Putin FƏTÖ-yə Orta Asiyada yaşamaq haqqı verməyəcək

Putin bundan sonra nə edə bilər? Mən Rusiya Federasiyasını illərlə izləyən bir adam kimi deyə bilərəm ki, Putin Fətullah Gülənin bu cür meydan oxumasını cavabsız buraxmayacaqdır. Əvvəlcə Rusiya təyyarəsini vurmaq əmri verən, sonra da Rusiya səfirinin ölüm fərmanını imzalayan Fətullah Gülənin bu həmləsini qarşılıqsız buraxmaz. Putin əvvəlcə Rusiya Federasiyası daxilindəki fətullahçı ünsürləri təmizləyəcək, daha sonra da öz təsir dairəsində olan Müstəqil Dövlətlər Birliyi içərisindəki FƏTÖ üzvlərinin təmizliyi üçün əlindən gələni əsirgəməyəcəkdir.

Fətullahın Rusiyaya ekstradisiyası tələb oluna bilər

Putin mətbuata bugünkü açıqlamasında “mənə təlimatı verəni tapın demişdi”. Putinin əlinin Pensilvaniyaya qədər uzana biləcəyini düşünürəm. Terrorçuların başçısının hüquqi yollarla Rusiyaya ekstradisiya edilməsi tələb oluna bilər. Bundan başqa, beynəlxalq hüquqda FƏTÖ-nün terror təşkilatı kimi qiymətləndirilməsində bu sui-qəsdin mühüm rolu olacaq.

Sui-qəsddən sonra MDB-dəki fətöçülər təşvişdədir

Mənə gələn ilkin məlumatlara görə, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Azərbaycan və Gürcüstan kimi Rusiya ilə münasibətləri yaxşı olan ölkələrdə FƏTÖ üzvləri böyük təşviş içərisindədirlər. Bu sui-qəsddən sonra MDB-də fəaliyyət göstərən FƏTÖ üzvləri üçün heç bir şey əvvəlki kimi olmayacaq. Putin Fətullah Güləndən intiqamını əvvəlcə öz ölkəsində, daha sonra isə qonşu ölkələrdə görəcəyi tədbirlərlə alacaq. Orta Asiya və Qafqazda FƏTÖ təşkilatlarına canfəşanlıq göstərən İsrail, ABŞ və Aİ səfirləri bu sui-qəsddən sonra artıq FƏTÖ himayədarlığından əl çəkmək məcburiyyətində qalacaqlar. Çünki Rusiya artıq bu regionlarda qərbli səfirlərin FƏTÖ-nü dəstəkləməsinə icazə verməyəcək.

 

 

 

   NUH.az


NUH informasiya agentliyi səhifəsindən çap edilib