Dərc edilib: 22-12-2016

https://www.nuh.az/8981-.html

Fətulla Gülən rus səfirin qətlindən danışdı - Video

22.12.2016 16:40:09

Dünya

Rusiya səfirinin Ankarada qətlində adı hallanan Fətullah Gülən açıqlama verib. 

Qafqazinfo” “Ria Novosti”yə istinadən xəbər verir ki, hazırda ABŞ-da yaşayan Gülən səfir Andrey Karlovun qətlini pisləyib. Bununla bağlı yayımladığı video müraciətdə Gülən bildirib ki, qatil Mövlud Mərt Altıntaşın onun təşkilatı ilə heç bir əlaqəsi yoxdur:


“Biz hər zaman terroru tənqid etmişik. Bununla bağlı demək istəyirəm ki, rus səfirinə qarşı bu terror aktını səmimi qəlbdən qınayıram. Mətbuat yazır ki, o qatil dəfələrlə Türkiyə prezidentinin mühafizəçisi olub. Özü də bəyan etdiyi kimi “ən-Nüsra” qruplaşmasının üzvüdür. Aydındır ki, nə keçmişdə, nə də indi bizim təşkilatla heç bir əlaqəsi olmayıb”.

Fətullah Gülən onu da əlavə edib ki, Türkiyə hakimiyyəti orduda təmizləmə işləri apardıqdan sonra təhlükəsizlik məsələlərinə lazımi diqqət yetirməyib.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan səfirin ölümündən bəhs edərkən bildirib ki, bütün dəlillər sui-qəsdçinin FETÖ ilə əlaqəsi olduğunu göstərir. 

 

 

  NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib