Dərc edilib: 22-12-2016

https://www.nuh.az/8985-.html

Moskva metrosunda partlayış – 7 nəfər yaralandı/ YENİLƏNİB

22.12.2016 17:17:43

Dünya

Moskvada Kolomensk metro stansiyasında qaz balonunun partlaması nəticəsində yaralananların sayı 7-ə çatıb.


BakiPost.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, onlardan 4-ü xəstəxanaya yerləşdirilib.

***
11:28

Rusiya paytaxtı Moskvada “Kolomensk” metrostansiyasının keçidində partlayış olub.

BakiPost.az xəbər verir ki, bu barədə məlumatı Rusiya KİV-ləri yayıb.

Məlumata görə, hadisə nəticəsində 2 nəfər yaralanıb.

Andropov prospektində yerləşən metro keçidinə yanğınsöndürən və təcili tibbi yardım maşınları cəlb edilib.

İlkin açıqlamalara görə, partlayış qaz balonunun partlaması nəticəsində olub.

 

 

  NUH.az 


NUH informasiya agentliyi səhifəsindən çap edilib