Dərc edilib: 22-12-2016

https://www.nuh.az/8986-.html

Tarif Şurası təbii qaz və elektrik enerjisi ilə bağlı qərarını dəyişdi

22.12.2016 19:17:41

Cəmiyyət

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, dekabrın 22-də Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının növbədənkənar iclası keçirilib.

 

AZƏRTAC   xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev jurnalistlərə açıqlamasında deyib. Nazir bildirib ki, iclasda Tarif Şurasının noyabrın 28-də keçirilmiş iclasında təbii qaz və elektrik enerjisinin satışı tarifləri ilə bağlı edilən müvafiq tarif tənzimlənmələrində dəyişikliklər aparılıb: "Təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcminin 1500 kubmetrdən 1700 kubmetrə artırılıb və 20 qəpik müəyyənləşdirilib. Elektrik enerjisi aylıq istehlak həcmi 250 kilovat-saatdan 300 kilovat-saatadək artırılıb və 11 qəpik müəyyənləşdirilib.

 

  NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib