Dərc edilib: 23-12-2016

https://www.nuh.az/8995-.html

"33 il bundan əvvəl konsert zamanı tanış olmuşuq" - İlham Əliyev

23.12.2016 17:14:12

Maraqlı

Prezident İlham Əliyevin kiçik qızı Arzu Əliyeva sosial şəbəkədə valideynlərinin fotosunu paylaşıb. Big.az-ın məlumatına görə, A.Əliyeva şəkilin altına belə qeydi yazıb:
- Siz həyat yoldaşınız ilə necə tanış olmusunuz?
- Biz 33 il bundan əvvəl Bakıda, konsert zamanı tanış olmuşuq. Bir neçə aydan sonra isə evləndik. O vaxtdan birlikdə yaşayırıq. Mehriban ailəmiz və qürur duyduğumuz gözəl övladlarımız var. Mən hesab edirəm ki, ailədə yaxın münasibət istənilən insan üçün ən böyük dəyərdir. Uşaqların ailədə aldığı tərbiyəni heç bir məktəb, universitet əvəz edə bilməz. Övladlar valideyn arasında münasibəti görəndə, qarşılıqlı anlaşma hiss edəndə xeyirxah böyüyürlər. Mən ailəm cəhətdən çox xoşbəxtəm, 33 ildir ki, sevimli xanımımla yaşayıram. İşdən evə gəlib yaxınlarımın gözündə təbəssüm, mehribanlıq görəndə işimlə bağlı bütün problemləri, stressi, çətin məqamları unuduram, sevgi və mehribanlıq dünyasına daxil oluram.
  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib