Dərc edilib: 25-12-2016

https://www.nuh.az/9006-.html

Gəncədə daha bir biabırçı olay: Elmar Vəliyevin adamı hərbi hissə komandirini döydü - Prezidentin sərəncamı da bu adamı durdurmadı!!!

25.12.2016 16:43:30

Hadisə

Gəncə şəhəri Nizami rayon icra hakimiyyətinin sabiq başçısı Məharət Mustafayev daha bir qalmaqal yaradıb 

Bu barədə reyting.az-a verilən məlumata görə, M.Mustafayev Gəncədə N saylı həbi hissənin mayor rütbəli komandiri Füzuli Nəbiyevi və Bakir Bəkirli adlı aşağı rütbəli hərbiçini döyüb. Hadisə ilə bağlı Kəpəz Rayon Polis Şöbəsində araşdırma aparılır. M.Musayevin hüquq-mühafizə orqanlarında çalışan yaxınının isə işi ört-basdır etmyə çalışdığı bildirilir.

Onu da nəzərə çatdıraq ki, M.Mustafayevə bir müddət əvvəl Göygöl rayonunun bələdiyyə sədrini döydüyünə görə, barəsində Cinayət Məcəlləsinin 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 221.1-ci (xuliqanlıq) maddələri ilə cinayət işi açılmışdı.

Bundan sonra o, dövlət başçısı tərəfindən tutduğu vəzifədən azad edilmişdi.

Hazırda M.Mustafayevin Gəncənin icra başçısı Elmar Vəliyev tərəfindən himayə edildiyi bildirilir. Mənbəmizin iddiasına görə, konflikt hərbçilərlə baş verdiyi və sonradan istintaqın Hərbi Prokurorluq tərəfindən aparılacağı bildirilir. Respublikanın hərbi prokuroru isə M.Mustafayevi himayə edən Elmar Vəliyevin qardaşı Xanlar Vəliyevdir.

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib