Dərc edilib: 27-12-2016

https://www.nuh.az/9025-.html

Müxalifət partiyaları bir araya gəldi

27.12.2016 15:46:22

Siyasət

Bu gün bir sıra müxalifət partiyaları ( KXCP, AZADLIQ, ADP, BAP, VİP və Aydınlıq) rəhbərlərinin növbəti iclası keçirilmişdir.

 

İclasda qərarların icra vəziyyəti, ölkədəki ictimai-siyasi durum və cari məsələlər müzakirə edilmiş, müvafiq qərarlar qəbul edilmişdir. 25 dekabr 2016-cı ildə ADP qərərgahında geniş tərkibdə keçirilmiş toplantı qənaətbəxş hesab edilməklə, davamlılılığın təmin edilməsi, daha geniş tərkibdə tədbirlərin keçirilməsi, problemlərimizin müzakirəsi və həlli yollarının daim gündəmə gətirilməsi qərara alınmışdır. Biləsuvarda baş verən hadisələr hakimiyyətin apardığı yarıtmaz siyasətin məntiqi nəticəsi kimi qiymətləndirilmiş, aparılan həbslər kəskin surətdə pislənilmiş, və həbs olinan soydaşlarımızın dərhal azad edilməsi hakimiyyət nümayəndələrindən tələb olunmuşdur. Partiya rəhbərləri 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni 2017-ci təqvim ilinin gəlişi münasibətilə dünyanın bütün guşələrində olan soydaşlarımızı səmim qəlbdən təbrik etmiş, hər bir azərbaycan ailəsinə rifah, əmin-amanlıq, sülh, demokratik və inkişaf etmiş Azərbaycan arzulamışlar.

 

 NUH.az 


NUH informasiya agentliyi səhifəsindən çap edilib