Dərc edilib: 29-12-2016

https://www.nuh.az/9052-.html

SOCAR-ın vitse-prezidentinin 3 mərtəbəli, 66 otaqlı qəsri-FOTO

29.12.2016 15:38:27

Cəmiyyət
SOCAR-ın ən qalmaqallı vitse-prezidentlərindən olan Mikayıl İsmayılovun daha bir sirrinin üstü açılıb.
 
Bu dəfə İsmayılovun dəyəri milyonlarla dollar olan qəsrinin fotoları yayılıb. Onun 3 mərtəbəli, 66 otaqlı evinə giriş yeraltı keçid vasitəsiylə mümkündür.

Saytın iddiasına görə, qəsr 3 mərtəbədən, 66 otaqdan ibarətdir. Bir hektar ərazidə inşa edilmiş qəsrin girişi xüsusi mühafizəçilər tərəfindən qorunur. Binaya giriş isə yeraltı keçid vasitəsiylə həyata keçirilir.

SOCAR-ın əsas fiqurlarından biri olan Mikayıl İsmayılov həmin qəsri Xətai rayonu ərazində yerləşən Neapol Dairəsi deyilən ərazidə inşa etdirib.

Onu da bildirək ki, Mikayıl İsmayılovun villa və qəsrləri bununla yekunlaşmır. Onun həmiçinin ölkənin ən səfalı yerlərində bahalı binalar inşa etdirdiyi də deyilir. Məsələn, sözügedən şəxsin hazırda Şamaxı, Quba və Qəbələdə də hektarlarla ərazidə özünə villa tikdirdiyi vurğulanır.(azernews)


   NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib