Dərc edilib: 31-12-2016

https://www.nuh.az/9073-.html

Neftçilərin axtarışı ilə bağlı açıqlama

31.12.2016 16:37:13

Cəmiyyət

İtkin düşən neftçilərin axtarışı davam etdirilir.


Qaynarinfo.Az xəbər verir  ki, Dövlət Dəniz Admnistrasiyasının yaydığı məlumata görə, Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir. Qərargaha üzv olan qurumların mütəxəssisləri hər gün olduğu kimi bu gün də Qərargahın rəhbər heyətinə, davam etdirilən axtarış – xilasetmə əməliyyatlarının gedişatı ilə bağlı məruzə ediblər.

Qərargahın rəhbər heyətinə məruzə edilərək bildirildi ki, axtarış – xilasetmə əməliyyatları uzunluğu 165 km, eni isə 135 km olan geniş ərazidə fasiləsiz olaraq davam etdirilir.

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin gəmiləri, SOCAR-ın Dalğıc və Qəza – xilasetmə İşləri İdarəsinin “Avior” dalğıc gəmisi və digər yardımçı dalğıc gəmiləri, Dövlət Sərhəd Xidməti, Fövqəladə Hallar və Müdafiə Nazirliklərinin ümumilikdə 44 gəmi və üzən vasitələri, 6 helikopteri, Fövqəladə Hallar Nazirliyinin Regional Mərkəzləri və N saylı hərbi hissələrindən 191 nəfər şəxsi heyəti də daxil olmaqla ümumilikdə 700 – dən artıq canlı qüvvə və nazirliyin Sularda Xilasetmə Xidmətinin dalğıcları sektorlar üzrə, eyni zamanda Bulla, Duvvanı, Gil adaları və sahil boyu vizual axtarışı davam etdirməkdədir.

İlk gündən axtarış – xilasetmə əməliyyatlarına cəlb olunan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus, göyərtəsində müasir heyətsiz “ROV” sualtı aparatlar quraşdırılan “Məmməd Süleymanov” “Təbriz Xəlilbəyli” axtarış – xilasetmə gəmiləri, uçmuş estakadaların ərazisində 24 saat sualtı video axtarış əməliyyatlarını davam etdirməkdədir.

 

 

 NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib