Dərc edilib: 02-01-2017

https://www.nuh.az/9090-.html

Səngəçalda daha bir PARTLAYIŞ - Eyni yerdə

02.01.2017 13:23:53

Günün sitatı

Bakıda qaz xəttində baş verən yanğın söndürülüb.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib

----------

2016-cı il dekabrın 27-də Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisində partlayış baş vermiş qaz xəttində yenidən partlayış olub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yanğınla nəticələnən partlayış bu gün saat 07 radələrində kəmərin eyni yerində qeydə alınıb.

Hadisədən dərhal sonra FHN-in canlı qüvvəsi və texnikası əraziyə cəlb olunub.

Ərazidə təhlükəsizlik tədbirləri görülüb, Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən, diametri 1000 mm-lik magistral qaz kəmərinə qaz vurulması dayandırılıb.

Yanğın lokallaşdırılıb, tam söndürülməsi üçün tədbirlər davam etdirilir.

 

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib