Dərc edilib: 02-01-2017

https://www.nuh.az/9093-.html

Politoloq Aydın Musayev dünyasın dəyişdi

02.01.2017 13:56:15

Cəmiyyət

Bakı Dövlət Universitetinin müəllimi, Tarix elmleri namizədi,  politoloq Aydın Musayev bu gün səhər saatlarında dünyasını dəyişib.


Bizimxeber.az-ın məlumatına görə, politoloq boya-başa çatdığı kənddə – Əmircan qəbristanlığında dəfn ediləcək.

Allah Rəhmət Eləsin!

Qısa xülasə…

Musayev Aydın Hacıbala oğlu

Tarix elmləri namizədi. BDU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının baş müəllimi
Telefon:+(994)12 4203748

QISA BİOQRAFİK MƏLUMAT

  • 1951-ci il iyulun 22-də Bakı şəhərinin Əmircan kəndində anadan olmuşdur. 1968-ci ildə orta məktəbi bitirmişdir.

TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

  • 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
  • 1990-cı ildə “SSRİ-nin xarici siyasəti və Amerikan politoloqlarının konsepsiyalarının tənqidi” (70-ci illər) mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

ƏMƏK FƏALİYYƏTİ

  • 1974-1977-ci illərdə Ismayıllı rayonu, Vəndi kənd orta məktəbində müəllim, 1977-1979-cu illərdə Bakı şəhəri, Hövsan kəndi 118 №-li məktəbdə müəllim, 1977-82-ci illərdə Azərbaycan Dövlət Universitetində Ümumi tarix kafedrasında müəllim,1982-ci ildən indiyədək Bakı Dövlət Universitetinin “Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi” kafedrasında baş müəllim işləyir.

TƏDQİQAT SAHƏSİ

  • Ümumi tarix: ABŞ-ın xarici siyasəti

BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI

  • 1991, 9-10 yanvar Tallin Beynəlxalq Universiteti, Sakala məktəbi, “Amerika politologiyasında detant problemi”
  • 1991, sentyabr Odessa, “Pensilvaniya məktəbində ABŞ siyasi məktəbi”
  • Azərbaycan Respublikasında keçirilən konfranslarda iştirak etmişdir.

SEÇİLMİŞ ƏSƏRLƏRİ

  • “Yeni tarix” əsas mühazirələr kursunun proqramı. Bakı, 1983
  • Amerika politoloqları və Avropada beynəlxalq gərginliyin zəiflədilməsi problemi. Azərbaycan Elmlər Akademiyasının “Xəbərləri” 1991 № 4
  • Pensilvaniya Universiteti yanında xarici siyasətin öyrənilməsi institutunda 70-ci illərdə Avropada Sovet İttifaqının gərginliyinin zəiflədilməsi haqqında. Bakı Universitetinin Xəbərləri 1991 №1
  • Müasir beynəlxalq münasibətlərin aktual problemləri. BDU-nun 75 illiyinə həsr olunmuş Elmi Konfrans 1994
  • “Yeni tarix” I hissə (1640-1870) fənninin proqramı (müştərək) Bakı, 1995
  • “Yeni tarix” II hissə (1870-1918) fənninin proqramı (müştərək) Bakı, 1995
  • Amerikan tarixşünaslığında Stalin-Brejnev doktrinası (müştərək) AXC-nin 80 illiyinə həsr olunmuş elmi konfransın materialları 27-28 may II cild Bakı, 1998

 

             NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib