Dərc edilib: 03-01-2017

https://www.nuh.az/9102-.html

Bakıda daha bir avtobus qəzası - İki nəfər öldü

03.01.2017 16:40:07

Hadisə

Bakının Nizami rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, dekabrın 31-də saat 12 radələrində paytaxtın Nizami rayonu ərazisində Ağstafa rayon sakini Həsən Qasımov idarə etdiyi "Daevoo" markalı 173 saylı xətt avtobusu ilə yolu keçən Bakı şəhər sakini Nadir Tahirovu vurub. Nəticədə piyada hadisə yerində ölüb. Dekabrın 31-də saat 06 radələrində paytaxtın Nizami rayonu ərazisində Bakı şəhər sakini Hüseyn Hüseynov idarə etdiyi "İsuzu" markalı 62 saylı xətt avtobusu ilə həmyerlisi Səlbinaz Məmmədovanı vurub. Piyada hadisə yerində ölüb. Hər iki faktla bağlı Nizami RPİ tərəfindən araşdırma aparılır.(azvision.az)

 

  NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib