Dərc edilib: 04-01-2017

https://www.nuh.az/9112-.html

Hitlerin kitabı Almaniyada rekord qırdı

04.01.2017 13:22:33

Maraqlı

Adolf Hitlerin “Mayn Kampf” (Mənim mübarizəm) əsəri 2016-cı ildə Almaniyada ən çox satılan kitab olub.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Taqesşpiqel” qəzeti yayıb.
Qəzet kitabın keçən ilin yanvarından etibarən Almaniyada satışa çıxarıldığını bildirib. İndiyə qədər 85 min tiraj kitab satışa çıxarılıb. Kitabın, tezliklə, fransız dilində də çapı nəzərdə tutulub.
Qeyd edək ki, “Mayn Kampf” əsəri 1924-cü ildə Hitler tərəfindən həbsdə yazılıb. Bu əsər sosial-nasionalizmin əsas fundamenti sayılır. Kitab indiyə qədər dünyanın bir sıra ölkələrində qadağan edilib.

 

  NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib