Dərc edilib: 04-01-2017

https://www.nuh.az/9113-.html

İŞİD "general"ı 400 terrorçu ilə Avropadadır - FOTO

04.01.2017 13:25:00

Dünya

"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatının "general"larından biri 400 terrorçu ilə birlikdə qaçqın adı ilə Avropa Birliyinə daxil olub.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, həmin "general" Makedoniya vətəndaşı, əslən kosovolu alban Lavdrim Muhaceridir. İŞİD-in ən nüfuzlu komandirlərindən olan şəxs terrorçular arasında Əbu Abdulla əl Kosovo kimi tanınır.
Terrorçuların hədəfləri arasında Kosovodakı bir sıra dövlət qurumları, habelə serb pravoslav kilsələri var.
27 yaşlı L.Muhaceri 2012-ci illərin sonlarında Suriyaya yollanaraq İŞİD-ə qoşulub. Bir neçə videoda o, albanları İŞİD-ə qatılmağa çağırıb. L.Muhacerinin fotolarından birində o, əsirin başını kəsir. Bir videoda isə o, əsirin başını qumbaratandan nişan alaraq atəş açır.
İtaliyanın xüsusi xidmət orqanlarının verdikləri məlumatlara görə, terrorçular kütləvi şəkildə Balkanlara və Avropa Birliyi  ölkələrinə keçirlər. Onların sadəcə, bəziləri polisin diqqətinə düşür. Əksəriyyəti isə sərhədləri rahatlıqla keçir.
L.Mühacerinin özü 2013-cü ildə Suriyadan Kosovoya getmiş, həbs olunanədək Avropanı tərk etmişdi.

 

  NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib