Dərc edilib: 05-01-2017

https://www.nuh.az/9118-.html

"Rövşən Lənkəranskini mən öldürtdürmüşəm" — Qanuni oğru etiraf etdi

05.01.2017 14:10:43

Kriminal

Ötən il İstanbulda qətlə yetirilən qanuni oğru Rövşən Canıyevin qətlinin sifarişçisi məlum olub.


Ölkə.Az verir ki, bu barədə Rusiya hüquq-mühafizə orqanları məlumat verib.

Məlumata əsasən Rəşad İsmayılov qanqsterlərin arasında bəyan edib ki, Canıyevi onun əmrinə əsasən qətlə yetiriblər.

Rəşad bildirib ki, o, bu sifarişlə nüfuzlu iş adamı və dostu Cambulat Şamil oğlunun qətlinə görə qisas alıb.

Cambulatın qətlinin istintaqı zamanı məlum olmuşdu ki, Canıyevin qruplaşmasına daxil olan iki qatil bu işə cəlb edilib.

Eyni zamanda Cambulatın ölüm fərmanının Rövşən Lənkəranski tərəfindən verildiyi də məlum olmuşdu.

 

 

 NUH.az

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib