Dərc edilib: 05-01-2017

https://www.nuh.az/9128-.html

“Onlar arvadlarını MTN əməkdaşlarına izlədib” – Xəyanət qorxusu!

05.01.2017 15:57:10

Siyasət

“MTN işi” ilə bağlı daha bir rüsvayçılıq
2016-cı ilin ən səs-küylü hadisələrindən olan “MTN işi” ilə bağlı vaxtaşırı bir-birindən ilginc informasiyalar yayılmaqdadır. 

Bu günlərdə Moderator.az-a ”MTN işi”lə bağlı daha bir informasiya daxil olub. Özəl mənbədən verilən məlumata görə, Eldar Mahmudov dönəmində MTN-ki zabit elitası arasında məşhurluq qazanan ənənələrdən biri də həyat yoldaşının xəyanətindən şübhələnən yetkililərin öz həyat yoldaşlarını, eyni zamanda zərif cinsin nümayəndələrindən olan digər yaxın qohumnlarını MTN əməkdaşlarına izlətməsi olub:
“Öz səlahiyyətindən sui-istifadə edərək hər ay külli miüdarda vəsait əldə edən, qanunsuz yolla, reketlik edərək on və yüz milyonlarla manatlıq sərvətə yiyələnən bəzi MTN yetkililərinin üzləşdiyi problemlərdən biri də həyat yoldaşlarının xəyanəti ehtimalı və yaxın çevrədəki xanım qohumlarının həyat tərzinin izlənilməsi olub. 
Belə ki, milyonlar içərisində bəslədikləri həyat yoldaşlarının xəyanətindən şübhələnən MTN-dəki bəzi səlahiyyət sahibləri, evdən ən müxtəlif bəhanələrlə - gözəllik salonu və ad gününə getmək,  gəzmək, yaxın və uzaq qohumlara baş çəkmək, alış-veriş etmək və s.adlarla çıxan həyat yodlaşlarını suçüstü yaxalamaq üçün tabeçiliklərindəki MTN əməkdaşlarından istifadə ediblər. Həyat yoldaşlarını aylar uzunu sözügedən MTN əməkdaşlarına izlədən yetkililər  milli təhlükəsizliyin müdafiəsi və təmini ilə məşğul olması gərəkən şəxsləri ailə problemlərinə alət edib, onlardan şəxsi xəfiyyə kimi yararlanıb”.
Mənbənin məlumatına görə, bu işdə daha çox MTN-nin  Baş Əks-Kəşfiyyat İdarəsinin əməkdaşlarından istifadə olunub. 
Ardı var...

ANONSLAR...

1.MTN yetkililərinin həyat yoldaşlarını izləyən şəxslərə hansı təlimatlar və hansı məbləğdə "əmək haqqı" verilib?

2.Səlahiyyət sahibləri onların ailə sirrini sahib olan tabeçiliklərindəki şəxslərdən sonda necə yaxa qurtarıb?

3.Bu təqibdən bütöv bir sərvət əldə edən MTN əməkdaşları buna necə nail olub? 

 

   NUH.az


NUH informasiya agentliyi səhifəsindən çap edilib