Dərc edilib: 06-01-2017

https://www.nuh.az/9145-.html

Rüstəmova nəzarət mexanizmi yaradılır – Milli Bankın strukturları təftiş olunacaq

06.01.2017 20:07:52

İqtisadiyyat

Azərbaycan manatının dollara nisbətdə hər gün sürətlə düşməsi ölkənin bank sektorunu iflic etməkdədir. Milli Bankın rəhbəri Elman Rüstəmovun “növbəti ilə 5 milyartd kəsirlə gedirik” kimi açıq etirafı vəziyyətin nə qədər ciddi olduğunu anlatmış oldu. 

Ümumiyyətlə, bu prosessdə Milli Bankın, daha doğrusu, baş bankir Elman Rüstəmovun ciddi çıxış yolu əldə edə bilməməsi aydın görünməkdədir. Ölkənin bank sektoruna və tənzimlənməyə nəzarət etməli olan bir qrum və onun rəhbərinin ugursuz fəaliyyəti bütün formalarda göz qabağındadır.

Bütün bunların fonunda hər gün zəiflədiyini hiss edən, qarşıda daha ciddi problemlərin olacağını əla bilən Elman Rüstəmovun diğər layihələri də iflasa uğramaqdadır.

Bankların çöküşü narahatçılığı ilə yanaşı Eldar Mahmudovla Əli Abbasov olaylarında dolayısı ilə adı keçən baş bankirin də narahaçılığı hiss olunmaqdadır. Niyəsi hələlik açıqlanmasa da, Eldar Mahmudovun baş bankiri tora salmaması bir qədər müəmmalı görünür…

Bizimxeber.az-a daxil olan məlumata görə, bu ildə Azərbaycanın bank sektorunda daha ciddi problemlərin olması qaçılmazdır. Bu konteksdə baş bankirin bu postda qalması və ya onun arxayınlıqla bank gedişləri etməsi sual altına düşür.

Bizimxeber.az-ın məlumatına görə, ölkədə vəziyyətinin gərgin olduğu bir dönəmdə baş bankirin vəzifədən uzaqlıaşdırılması real görünməsə də, mənbələr Elman Rüstəmov üçün bir nəzarət mexanizminin hazırlanmasını qaçılmaz hesab edir.

Məlumata görə, Milli Bankda struktur islahatlarına başlanacaq. Banklara nəzarət mexanizmi gücləndirilməklə yanaşı Elman Rüstəmovun fəaliyyətinə nəzarət edən yeni model işə salınacaq.

Bəlli olduğu kimi, əvvəlki illərdə bank sektoruna nəzarət yetərli olmayıb. Dövlətin pulu ilə formalaşan Milli Bankdan özəllərə ayrılan kreditlərdən müəyyən faiz alınıb, istənilən banka kredit verilib, faizlərə nəzarət olunmayıb. Bundan sonra bu hal baş verməyəcək. Bu əsnada Milli Banka və rəhbərliyinə nəzarətin güclənmdilirməsi gündəmə gəlib. Bir sözlə, Elman Rüstəmovun fəaliyyəti təftiş olunacaq.

 

Ədil Hüseynli  Bizimxeber.az


NUH informasiya agentliyi səhifəsindən çap edilib