Dərc edilib: 07-01-2017

https://www.nuh.az/9147-.html

Orada qadına qarşı zor işlədilib” - Millət vəkili

07.01.2017 13:30:41

Hadisə

 

"Quba Rayon Məhkəməsində 10 yaşlı Nuray Bayramzadəyə zor tətbiq edilməsi ilə bağlı Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini ilə telefonla danışdım. Hazırda məsələni araşdırıram".

Bunu "Report"a açıqlamasında 52 saylı Quba seçki dairəsinin deputatı Vahid Əhmədov deyib. O, Quba Rayon Məhkəməsinin sədri ilə danışacağını da bildirib.
Millət vəkilinin məsələyə münasibətinə gəlincə, o, bunları deyib: "Lap tutaq ki, məhkəmə qərar qəbul edib... İndi bilmirəm o qərar düzdü, düz deyil, məhkəmə qərarı ilə tanış deyiləm. Amma görünən odur ki, uşaq atası ilə getmək istəmir. Ən əsası isə orada qadına qarşı zor işlədilir, bu, bizə yaraşan hərəkətlər deyil. Bu məsələni pisləyirəm, buna haqq qazandırmaq qeyri-mümkündür".

 

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib