Dərc edilib: 07-01-2017

https://www.nuh.az/9151-.html

“Demirchi Tower”dakı qətlin təfərrüatı

07.01.2017 16:59:51

Kriminal

Bu gün Bakıda “Demirchi Tower”da baş verən qətl hadisəsi ilə bağlı yeni təfərrüat məlum olub.


"Qafqazinfo" xəbər verir ki, Bakı Şəhər Prokurorluğundan "Report"a verilən məlumata görə, "İraq Hava Yolları" aviaşirkətinin Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən Azərbaycandakı Nümayəndəliyində sürücü vəzifəsində işləyən 1989-cu il təvəllüdlü Azərbaycan vətəndaşı Bəşirov Elşən Rəfayət oğlu orada satış üzrə menecer işləyən Ağaəli Əli Valid oğlu ilə aralarında yaranmış şəxsi münaqişə zəminində baş vermiş mübahisə zamanı özünəməxsus "Vinçester" markalı ov tüfəngi ilə bədəninin müxtəlif nahiyələrinə 5 atəş açaraq qəsdən öldürüb.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

E.Bəşirov polisə gələrək təslim olub və cinayətin aləti olan ov tüfəngini təqdim edib.

 

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib