Dərc edilib: 08-01-2017

https://www.nuh.az/9158-.html

Dağ keçisi ovladı, saxlanıldı

08.01.2017 14:38:39

Günün sitatı

Naxçıvanda qanunsuz dağ keçisi ovlayan şəxs saxlanılıb.

APA   xəbər verir ki, Babək Rayon Polis Şöbəsinin əməkdaşları Nehrəm kənd sakini Bayram Məmmədovu kəndin ərazisində dağ keçisi ovladığına görə saxlayıblar.

Nehrəm kəndi ərazisində ferması olan B. Məmmədov iki gün əvvəl özünəməxsus ov silahı ilə dağ keçisini ovlayıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, 2001-ci ildən Naxçıvanda ova qadağa qoyulub. Məqsəd nadir və nəsli kəsilməkdə olan fauna növlərinin qorunması və sayının artırılmasına nail olmaqdır.

 

  NUH.az 


NUH informasiya agentliyi səhifəsindən çap edilib