Dərc edilib: 09-01-2017

https://www.nuh.az/9174-.html

Gəncənin baş polisi Faiq Şabanova niyə general rütbəsi verilməyib..?

09.01.2017 14:27:05

Siyasət

Gununsesi.info  saytının yaydığı məlumata  görə, 2017-ci ilin ilk aylarında Gəncə Şəhər Baş Polis İdarəsinin ( BPİ) rəisi  polkovnik Faiq Şabanov    vəzifəsindən uzaqlaşdırılacaq və bu vəzifəyə  Əmlak Məsələləri Üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun hazırda Daşkəsən rayon polis şöbəsinin rəisi işləyən qaynı Fəxrəddin Abbasov təyin ediləcək.

 

Sözün düzü, Gəncə ŞBPİ rəisi Faiq Şabanovun hələ də polkovnik rütbəsində olması marağımıza səbəb oldu.

 

NUH.az olaraq apardığımız araşdırma zamanı bəlli oldu ki, Baş İdarə Rəisinin polkovnik rütbəsində olması ölkəmizdə çox nadir haldır.

Məlumdur ki, Gəncənin ikinci paytaxt olması, strateji əhəmiyyəti və digər  məsələlər nəzərə alınaraq bir neçə il əvvəl  Gəncə Şəhər Polis İdarəsinə  Baş İdarə statusu və ozamankı rəis mərhum Rasim Musayevə general rütbəsi verildi.

Bəs görəsən, 2 ildir Gəncə ŞBPİ-nin rəisi olan Faiq Şabanov nə əcəb indiyədək  polkovnik rütbəsində qalıb..?

Bu məsələ ilə bağlı  NUH.az-a maraqlı məlumatlar daxil olub. Ancaq bizi şaiyələr deyil, Daxili İşlər Nazirliyinin rəsmi   mövqeyi  maraqlandırır.

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib