Dərc edilib: 13-01-2017

https://www.nuh.az/9230-.html

DYP-də “ASAN XİDMƏT” göstərilir

13.01.2017 20:06:05

Günün sitatı

Müşfiq Rəhimovun fəaliyyəti narazılıq doğurur

 

Baş Dövlət Yol Polisi İdarəsinin İmtahan-Qeydiyyat şöbəsi ilə bağlı xoşagəlməz hallar barəsində cəmiyyətdə mövcud olan fikirlər mətbuatın da diqqətindən yayınmır. Elə bu günlərdə “Kivnews.com” Informasiya portalının əməkdaşı Baş Dövlət Yol Polisi İdarəsinin İmtahan-Qeydiyyat şöbəsində olaraq baş verənlərlə yerində tanış olması və bu quruma müraciət edən vətəndaşlarla söhbəti də cəmiyyət arasında mövcud olan fikirlərin əsassız olmadığını göstərdi. Əməkdaşımız qeyd olunan idarədə olarkən diqqətini bir məsələ cəlb edib. Bu da, nəqliyyat vasitəsinin texniki baxışını həyata keçirən, avtomobilin qeydiyyatı, dövlət nömrə nişanlarının alınması və.s ilə bağlı məsələlərin yoluna qoyulması istiqamətində atılan addımlar zamanı ortaya çıxan problemlərin həll olunmasının asan yolu ilə bağlıdır. Belə ki, qeyd olunan və olunmayan əməliyyatlardan hansısa birini həyata keçirmək istəyən vətəndaş öz nəqliyyat vasitəsi ilə  texniki baxış məntəqəsinə (Xırdalanda) yaxınlaşır. Bu zaman sürücü ilk dəfə deyilsə, maksimum səviyyədə çalışır ki, problemi özü yoluna qoysun. Yox əgər sürücünün bu quruma yaxınlaşdığı ilk dəfədirsə, yaxud da həll etmək istədiyi məsələ bir qədər vaxt tələb edirsə, bu zaman “boks”larda “öz şikarını gözləyən” ştatlı və ştatsız işçilərə yaxınlaşa bilər. Əslində bu işçilərin özləri də, çox vaxt sürücülərə “köməkliklərini” təklif edirlər. Onların köməyinə ehtiyac duyan sürücülər sənədlərini və digər tələb olunanları verməklə öz işlərini asanlaşdırırlar. Onu da nəzərinizə çatdıraq ki, bu şəxslərlə iş görmək istəyənlər dövlət rusumunu fikirləşməməlidirlər.

Əməkdaşımızın sürücülərlə söhbəti zamanı məlum olub ki, avtomobili bir qeydiyyatdan çıxarıb digər şəxsin qeydiyyatına saldırmağın dövlət rüsumu ümumilikdə 27 manat olduğu halda, ştatlı və ştatsız işçilər bu işi görmək müqabilində 200-250 manat vəsait tələb edirlər. Onların təklifi ilə razılaşan şəxslər sənədləri və pulu verdikdən sonra bir kənarda duraraq sənədlərinin hazırlanmasını gözləyirlər və digər sürücülər kimi 3-cü, 1-ci, 403-cü otaqları gəzməli olmurlar. Yəni heç bir əsəb gərginliyi keçirmədən, otaqlara girib-çıxarkən kimlərinsə qanunsuz tələbləri ilə üzləşmədən lazımi sənədini alıb yola düşürlər.

“Kivnews.com” olaraq qeyd edək ki, bütün yaşananlar təbii ki, Baş Dövlət Yol Polisi İdarəsinin İmtahan-Qeydiyyat şöbəsinin rəisi Müşfiq Rəhimovun diqqətindən kənar qala bilməz. Çünki adıçəkilən məkanın dörd bir tərəfi müşahidə kamerası ilə təchiz olunub. Belə olduğu halda görünür, hər bir addım rəhbərliyin göstərişi əsasında həyata keçirilir. Əks halda sürücülər incidilməz, onlar əsassız olaraq get-gələ salınmazlar.

Onu da nəzərinizə çatdıraq ki, mətbuatda Müşfiq Rəhimovun fəaliyyəti ilə bağlı yetərincə tənqidi məlumatlar dərc olunub. Hətta nömrə biznesindən tutmuş bir çox məsələlərə toxunulub.

Növbəti yazılarımızda ətraflı olaraq bu məsələlərə işıq salacağıq. Və onu da nəzərinizə çatdıracağıq ki, avtomobilin rəngini dəyişdirməyin qeydiyyatının dövlət rüsumu 37 manat olduğu halda vətəndaşlar necə narazı salınır. Və onlar birbaşa 1-ci otağa polis mayoru İlqar müəllimin yanına niyə göndərilir?

“Kivnews.com”


dyp

dyp-3dyp1

img_20170111_121432

dyp2

NUH informasiya agentliyi səhifəsindən çap edilib