Dərc edilib: 14-01-2017

https://www.nuh.az/9236-.html

Ombudsmanın Şəkidə silsilə tədbirlər keçirib

14.01.2017 14:42:20

Günün sitatı

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın 20 Yanvar – Ümumxalq Hüzn gününün 27-ci ildönümü ilə bağlı təşkil etdiyi silsilə tədbirlər davam etdirilir.


Ombudsmanın mətbuat xidmətindən Gununsesi.info-ya daxil olan məlumata görə, Ombudsmanın Şəki Regional Mərkəzi tərəfindənhəmin faciə ilə əlaqədar Oğuz rayonunun Yemişənli kəndində, Qəbələ rayonunun Mirzəbəyli kənd və Şəki şəhər 17 saylı tam orta məktəblərdədövlət və yerli özünüidarəetmə orqanları əməkdaşlarının, kənd sakinlərinin, müəllim və şagirdlərin iştirakı ilə silsilə hüquqi maarifləndirmə tədbirləri keçirilib.  Belə ki, öncə 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirlərdə Şəki Regional Mərkəzin rəhbəri Pərviz Məmmədov çıxış edərək, 20 yanvar faciəsinin 27-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planının təsdiq edilməsi haqqında müvafiq sərəncamın imzalandığını bildirərək,qeyd edilən sənəddə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə iştirakçıları məlumatlandırıb.Həmçinin bildirilib ki, keçmiş SSRİ və Azərbaycan SSR konstitusiyalarının kobud şəkildə pozularaq,  27 il əvvəl keçmiş sovet ordusunun hərbi hissələri tərəfindən 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə Bakı və Sumqayıt şəhərlərində, həmçinin respublikanın digər bir neçə rayon və şəhərlərində insanlığa qarşı törədilən qırğın nəticəsində 147 silahsız mülki şəxs öldürülmüş, 744 insan yaralanmış, yüzlərlə adam itkin düşmüş, 844 nəfər qanunsuz həbs edilmiş və hətta fövqəladə vəziyyət elan edildikdən sonra da 21 nəfər öldürülüb.

Qeyd edilib ki, faciə ilə əlaqədar elə həmin dövrdə Ulu öndər Heydər Əliyevtərəfindən sərt bəyanat verilib, günahkarların cəzalandırılması tələb edilib. 1993-cü ildə ölkə rəhbərliyinə qayıdan Ümummilli liderimizin təşəbbüsü ilə ilk dəfə olaraq Milli Məclis tərəfindən 20 yanvar tarixi ümumxalq hüzn günü elan olunub.Qürur mənbəyimizə çevrilmiş həmin hadisələr xalqımızın azadlıq uğrunda mübarizədən heç zaman dönməyəcəyini bütün dünyaya sübut edib.

Müvəkkil Elmira Süleymanova tərəfindən hər il dünyanın nüfuzlu beynəlxalq təşkilatlarına, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki, xarici ölkələrin respublikamızdakı səfirliklərinə, diaspor təşkilatlarına göndərilmiş bəyanatlarında bu qanlı aksiyanın insanlıq əleyhinə cinayət kimi tezliklə beynəlxalq hüquqi qiymətini alacağına və cinayətkarların cəzasız qalmayacağına ümid edildiyinin vurğulandığı iştirakçıların nəzərinə çatdırılıb.

İştirakçılar tərəfindən tədbirlər maraqla qarşılanıb, onların sualları ətraflı cavablandırılıb.

 

 

    NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib