Dərc edilib: 15-01-2017

https://www.nuh.az/9250-.html

Qəzzafinin milyardları axtarılır – Fantastik rəqəmlər

15.01.2017 18:20:51

Dünya

2011-ci ildə qətlə yetirilən Liviyanın sabiq lideri Müəmmər Qəzzafinin ölümündən sonra 168 milyard dollar varidatı qaldığı iddia edilir. Hətta ABŞ-ın aidiyyəti orqanları guya həmin pulları Liviya xalqına qaytarmaq məqsədilə uzunmüddətli araşdırmalar aparıblar.

 

BMT-nin qanunlarına görə, qətlə yetirilən diktatorlara aid sərvət ondan sonrakı hakimiyyətə təhvil verilməlidir. Odur ki, 2011-ci ildə Qəzzafi rejiminin süqutundan sonra Liviyada qurulan keçid hökuməti başda ABŞ və İngiltərə olmaqla bir çox ölkələrə bununla bağlı sorğu göndərib.  

Moderator.az  xəbər verir ki, hökumətin ehtimallarına görə, Qəzzafinin bu məbləğdəki milyardları aşağıdakı xarici ölkələrə daşınıb:

ABŞ - 31 milyard dollar;

Fransa -17 milyard dollar;

İngiltərə - 13 milyard dollar;

İsveçrə - 12 milyard dollar;

İtaliya - 11 milyard dollar;

Hollandiya və Kanada - hər ikisində 8 milyard dollar;

Almaniya -7 milyard dollar;

Avstraliya və Dubay – hər ikisində 5 milyard dollar.

 

Qeyd edək ki, Liviyanın yeni hökuməti aşkar edilən və dondurulan vəsaitlərdən heç birini bu vaxta qədər geri ala bilməyib.

 

  NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib