Dərc edilib: 16-01-2017

https://www.nuh.az/9258-.html

Lənkəranskinin 5 metrlik abidəsi Hindistandan Bakıya gətirildi

16.01.2017 17:10:27

Günün sitatı

Azərbaycanlı “qanuni oğru”, İstanbulda öldürülən Rövşən Lənkəranskinin məzarüstü abidəsi artıq hazırdır.
Cebhe.info-nun  verdiyi məlumata görə, artıq Rövşən Lənkəranskinin Hindistanda hazırlanan məzarüstü abidəsi əvvəlcə Türkiyəyə, ordan isə Azərbaycana gətirilib.

Heykəl-abidənin hündürlüyü 5 metrə qədərdir. Məlumatda o da bildirilir ki, hazırda heykəl Binəqədidə məzarüstü abidələr hazırlayan sexdə saxlanılır və üzərində son tamamlama işləri aparılır.

Qeyd edək ki, məzarüstü abidənin əsas hissəsi Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyevin sifarişi ilə Hindistanda hazırlanıb.

 

   NUH.az 


NUH informasiya agentliyi səhifəsindən çap edilib