Dərc edilib: 16-01-2017

https://www.nuh.az/9259-.html

Prezident İlham Əliyev başsağlığı verdi

16.01.2017 17:16:29

Siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevə başsağlığı məktubu göndərib.

“Report”un xəbərinə görə, məktubda deyilir:

“Hörmətli Almazbek Şarşenoviç,

Bişkek yaxınlığında təyyarə qəzası nəticəsində insanların faciəli şəkildə həlak olması xəbəri məni dərindən kədərləndirdi.

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Zərərçəkənlərin tezliklə sağalmasını arzu edirəm”.

 

 

 NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib