Dərc edilib: 16-01-2017

https://www.nuh.az/9261-.html

"Təfəkkür" Universiteti bağlandı

16.01.2017 17:35:54

LIVE

Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilib.


Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti 2016-cı il oktyabr ayının 11-də Təhsil Nazirliyinə müraciət edərək, Universitetin Təsisçilər Şurasının maliyyə vəziyyətində yaranmış problemlərlə əlaqədar fəaliyyətinin dayandırılması barədə qərarın qəbul edildiyini bildirib.

Məsələ ilə bağlı "Təfəkkür" Universiteti ilə əlaqə saxladıq. Universitetin mətbuat xidmətindən Qaynarinfo.Az-a bildirildi ki, məlumatı saytlardan 5-10 dəqiqə öncə öyrəniblər: "Biz də hamı kimi mətbuatdan bu qərarı öyrənmişik. Hələlik heç bir məlumatımız yoxdur. Hazırda universitetdə imtahanlar gedir. Tələbələri çöldə qoymayacağıq ki. Məlumatın həqiqətə uyğun olub-olmadığı barədə heç nə deyə bilmərik. Hələlik bununla bağlı rəsmi göstəriş bizə gəlib çatmadığı üçün tələbələrin imtahanları davam edəcək".

 

 

   NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib