Dərc edilib: 17-01-2017

https://www.nuh.az/9266-.html

"Reina" terrorçusu 4 yaşlı oğlu ilə yaxalandı

17.01.2017 13:25:06

Region

İstanbulda yeni il gecəsini qana boyayaraq 39 nəfərin ölümünə, 71 nəfərin isə yaralanmasına səbəb olan Reina terrorçusu Abdulkadir Maşaripovla birlikdə 3-ü qadın olmaqla daha 4 nəfər yaxalanıb.
  
Lent.az-ın sozcu.com.tr-ə istinadən xəbərinə görə, 16 günlük təqibdən sonra yaxalanan terrorçunun yanında 4 yaşında oğlu da olub. Terrorçu saxlandığı evə 3 gün əvvəl gəlib. 
 
Özbək əsilli Abdulkadir Maşaripovun yaxalanması üçün indiyədək polis 50-dək ünvana basqın düzənləyib.
 
Basqınlarda 35 şübhəli yaxalansa da, Reina terrorçusu yaxalanmamışdı. Maşaripovun həyat yoldaşı isə yaşyarımlıq qızı ilə birlikdə yanvarın 12-də Maltəpədə həyata keçirilən əməliyyat zamanı yaxalanmışdı.
 
Əməliyyatla bağlı rəsmi açıqlama yerli vaxtla 10:30-da İstanbul valisi Vasip Şahin və polis rəisi Mustafa Çalışkan tərəfindən veriləcək. 

 

  NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib