Dərc edilib: 18-01-2017

https://www.nuh.az/9278-.html

Siqaretlərin qiyməti qəfil bahalaşdı

18.01.2017 14:14:09

İqtisadiyyat

Azərbaycanda siqaretlərin qiyməti qəfil bahalaşıb. 

İnterAz-ın məlumatına görə, paytaxtın bütün mağazalarında satılan siqaretlerin qiyməti təxminən 20-40 qəpik arasında bahalaşıb. 
Məlumata görə, bu gündən etibarən siqaret firmaları mağazalara mal verməkdən imtina edib. Bildirilir ki, müvafiq qanunlara edilən dəyişikliklərlə əlaqədar olaraq artıq firmalar mağazalara siqareti nağdsız qaydada satmağa başlayıb. 
Məhz bu səbəbdən mağazalardan siqaretləri kart vasitəsi ilə alması tələb olunur. 

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib