Dərc edilib: 20-01-2017

https://www.nuh.az/9296-.html

Emindən ABŞ prezidentinə dəstək - FOTO

20.01.2017 14:20:21

Maraqlı

Müğənni Emin Ağalarov sabah andiçməsi baş tutacaq ABŞ-ın yeni prezidenti Donald Trampa uğurlar arzulayıb.


Axşam.az-ın məlumatına görə, İnstaqram səhifəsində ABŞ lideri ilə fotosunu paylaşan Emin Trampın prezident seçiləcəyinə heç bir zaman şübhə etmədiyini yazıb:

“Sabah prezident olma yolunda ona inananların az olmasına, dünya mediasının ona qarşı çıxmasına rəğmən, bu ağıllı, ambisiyalı və uğurlu insan nəhayət ki, Amerika Birləşmiş Ştatlarının prezidenti olacaq. Əminəm ki, o, təkcə Amerikanı yenidən güclü etməyəcək, həmçinin, dünyanı daha yaxşı edəcək. Uğurlar sizə, cənab prezident Tramp. Mən sizdən heç bir zaman, bir saniyə belə olsun şübhə etməmişəm”.

 

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib