Ramin Quluzadə “Aztelekom”-un yeni rəhbərini də dəyişir?
Ötən ilin mart ayında Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadənin əmri ilə “Aztelekom” MMC-yə Suat Paşayev yeni rəhbər təyin olundu. Suat Paşayev hazırda həbsdə olan Məhəmməd Məhəmmədovu əvəz etdi.
Bizimxeber.az-a daxil olan məlumata görə, bir neçə aydır baş direktor kimi işə başlayan Suat Paşayevin yaxın vaxtlarda bu postdan uzaqlaşdırılacağı gözlənilir. “Aztelekom” MMC-yə kimi RCOM şirkətinin rəhbəri postunu tutan Suat Paşayev rabitə sahəsində çalışmayıb. Bu səbəbdən də işlərin icrası və ciddi problemlərin həlli naziri qane etmir. Əslində rabitə sistemində ciddi problemlərin olduğunu nəzərə alsaq belə bir qərarın verilməsi başadüşülən olar.
Bizimxeber.az-a daxil olan məlumata görə, Ramin Quluzadəyə yaxınlığı ilə tanınan Suat Paşayevə nazirlikdə yeni vəzifə veriləcək. “Aztelekom” MMC-yə isə bu sahəıni bilən şəxs baş direktor təyin olunacaq. Yeni baş direktorun xanım olacağı qeyd olunur. Məlumata görə, “Aztelekom” -un yeni baş direktoru postuna gətirilməsi gözlənilən xanım uzun illərdir rabitə sistemində çalışır və sistemi əla bilir.
“Aztelekom”-dəki mənbələr bildirir ki, hazırda MMC-də lazımsız islahatlar aparılır ki, bu da yaxın aylarda ciddi problemlərim yaranması ilə nəticələnə bilər. Sahə üzrə illərdi ixtisaslaşan insanlar Məhəmməd Məhəmmədovun adamı kimi qələmə verilərək kənara çəkilir. Suat Paşayevə yaxın şəxslər isə yeni postlara yerləşdirilir.
Məlumata görə, Suat Paşayev “Aztelekom” MMC-də bütün mühüm vəzifələrin rəhbərləri dəyişməyə çalışır.
NUH.az