Dərc edilib: 22-01-2017

https://www.nuh.az/9329-.html

“Həbsxanaya nə qoşun yeridilib, nə də məhbus döyülüb”

22.01.2017 19:21:02

Hadisə

"Yanvarın 22-də qohumlarımız 1 saylı cəzaçəkmə müəssisəsinə görüşə gedib. Heç kimə görüş verməyiblər, hamını qovub çıxardıblar. Səbəbi də həbsxanaya qoşun yeridilməsi olub". "Qafqazinfo" xəbər verir ki, bunu AzadlıqRadiosuna adını çəkmək istəməyən məhbus yaxınlarından biri deyib. Onun sözlərinə görə, cəzaçəkmə müəssisəsindəki məhbuslar döyülürmüş: Başqa bir məhbus yaxını da AzadlıqRadiosuna deyib ki, təxminən 1 saat əvvəl burda cəza çəkən, onkoloji xəstə olan dostuna baş çəkməyə gedib: "Məhbuslar deyir ki, içəridə çox bahalıqdır. Misal üçün, çöldə 1 manat 10 qəpik olan siqaret içəridə 1 manat 80 qəpikdir. Bundan başqa həbsxananın yeməkxanasında "perlovı"dan başqa heç nə verilmir. Buna etiraz ediblər, onların etirazına da belə zorla cavab verilib”. Penitensiar Xidmət İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov AzadlıqRadiosuna deyib ki, 1 saylı müəssisədə belə bir hadisə olmayıb: "Ora nə qoşun yeridilib, nə də məhkumlar döyülüb. Daxili nizam qaydalarına uyğun müəssisədə fəaliyyət davam edir. Deyilənlər yalandır". 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib