Dərc edilib: 23-01-2017

https://www.nuh.az/9338-.html

Deputat Nəriman Əliyevin dükanları ilə bağlı vergi yoxlamalarına START verildi

23.01.2017 18:58:47

İqtisadiyyat

“Ştutqart” mağazalar şəbəkəsi ilə bağlı yeni məlumatlar daxil olub. Bildirilir ki, “Kivnews.com”  İnformasiya Portalında “Deputat Nəriman Əliyevin adı 300 minlik qalmaqalda…” yazısı dərc ediləndən sonra vergi orqanları hərəkətə keçmişdir. Belə ki, mağazalar şəbəkəsində vergi yoxlamalarına start verilib. Bu isə şəbəkənin rəhbəri Masallıdan olan millət vəkili Nəriman Əliyevi və mağazalar şəbəkəsinə müdirlik edən Nəriman Əliyevin bacısı oğlu Əfqan Abdullayevi bərk narahat etməyə başlayıb. Çünki “Ştutqart” mağazalar şəbəkəsinin fəaliyyəti ilə bağlı cəmiyyətdə birmənalı münasibat yoxdur. Hətta mətbuat orqanları da, bir çox hallarda bu mövzuya müraciət edirlər.

“Kivnews.com”  İnformasiya Portalı olaraq xatırladaq ki, “Deputat Nəriman Əliyevin adı 300 minlik qalmaqalda…” yazısının davamı isə olacaq. Çünki bəzi məsələlər araşdırıldığından, qarşı tərəfin mövqeyini öyrənmək mümkün olmadığından bir qədər gözləmək məcburiyyətindəyik.

Bildirək ki, əvvəlki məqalə ilə aşağıdakı linkdən tanış ola bilərsiniz:

http://kivnews.com/?p=76940

neriman eliyev

 

1457590293_neriman-eliyev

NUH informasiya agentliyi səhifəsindən çap edilib