Dərc edilib: 26-01-2017

https://www.nuh.az/9374-.html

"Kimdir qumar mafiyasinin lobbiçiləri" - Azər Qəribdən sərt təpki

26.01.2017 17:31:05

Cəmiyyət

Ötən il Azərbaycanın Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirə olunaraq təsdiqləndi. 


Vergi Məcəlləsində dəyişikliyə əsasən idman mərc oyunlarından əldə olunan uduşların vergidən azad olunub. 

Tanınmış teleaparıcı Azər Qərib isə bu addımı birmənalı olaraq pislədi. Azər Qərib bildirdi ki, insanlar əziyyət çəkərək işləyib vergi ödəyir, ancaq hansısa qumarbaza imtiyazlar verilir:

 

"Ay, sizin gözünüz aydın olsun! Ay, sizi xoş xəbər olasınız! Bu arada Milli Məclis bilirsiniz necə qərar qəbul edib? Аrtıq qumar oyunlarında uduş əldə edənlər vergilərdən azad olunurlar! Super, bravo, bravissimo! Yəni, məsələn, siz Topaz-da hər hansı bir məbləğ qazanmısınızsa, bu məbləğdən "naloq" verməyəcəksiniz. Əcəba?! Deməli, biz işləyirik, halal pul qazanırıq, hər qəpiyimizdən hökumət vergi tutur, amma hansısa qumarbaza imtiyazlar verilir?! Niyə? Nəyə görə? Məcburi köçkün və qaçqınların olan-qalan güzəştlərı əllərindən alınır, zəhmətkeşlərin həyatı çətinləşir, qumarbazlara isə "yaşıl işıq" yandırılır? Bu nə deməkdir? Bu açıq-aşkar qumara təhrik etmək deməkdir. Qoy insanlar işləmək əvəzinə, rəsmi qumarxanalarda vaxt keçirsin. Qoy gənclərimiz qumara yiyələnsin, qoy ailələr dağılsın, təki qumar mafiyasının gəlirləri, büdcədən kənar ciblərinə axan məbləğlər azalmasın. Məgər qumar mafiyası, Topaz mafiyası belə gücə malikdir ki, istədiyi qanunu Milli Məclisdən keçirə bilir?  Kimdir qumar mafiyasinin lobbiçiləri, kimdir mənəviyətə, məntiqə, indiki duruma zidd olan təklifləri irəli sürən, kimdir onları dəstəkləyən? Çox həssas zəmanədə yaşayırıq, acgözlüyün və acgözlərin qarşısı alınmalıdır. Onlardır dövlətin əsas düşmənləri..."


Qeyd edək ki, idman mərc oyunlarından əldə edilən uduşdan 10% dərəcəsi ilə vergi tutulurdu.

 

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib