Dərc edilib: 26-01-2017

https://www.nuh.az/9377-.html

Çovdarov Tağı Əhmədovun pulunu geri qaytarıb

26.01.2017 20:36:52

Kriminal

 

  Akif  Çovdarovla  Tağı Əhmədov barışıb 
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun  Bakı Metropoliteni” QSC-nin sabiq rəisi, YAP-ın Yasamal təşkilatının sədri Tağı Əhmədovdan 3 milyon manar rüşvət  alması ilə bağlı məlumatlar xeyli müddətdir ki, ölkə mediasında tirajlanır. 
Bu faktı  hətta Tağı Əhmədovun özü də inkar etmir. Və bildirir ki, 3 milyon manat mənim 40 illik halal əmək haqqımdır. Çovdarov isə  3 milyon söhbətinə ironiya ilə cavab verir ki, Tağıdan heç 3 manat da almaq olmaz. 
NUH.az-a daxil olan məlumata  görə, bir neçə gün əvvəl  Akif Çovdarovun  və Tağı Əhmədovun yaxınları arasında görüş olub. Görüşün nəticəsində barışıq əldə olunub və   Tağı Əhmədovun 3 milyon manatının 1.5 milyonu geri qaytarılıb.    
 Tərəflərin  mövqeyini dərc etməyə hazırıq. 
 
            NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib