Dərc edilib: 27-01-2017

https://www.nuh.az/9386-.html

Gəncədə mənzildə partlayış, yaralı var

27.01.2017 14:52:04

Hadisə

Gəncə şəhərində yaşayış evində partlayış baş verib.


Hadisə şəhərin Yeni Gəncə qəsəbəsi, bina 65 ünvanında qeydə alınıb.

Həmin ünvanda yaşayan, 1951-ci il təvəllüdlü Ulduz Hüseynova mənzildə qaz sobasını yandırarkən partlayış baş verib.

Nəticədə qadın xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Ona başın, sifətin və hər iki əlin ağır dərəcəli yanığı diaqnozu qoyulub. Vəziyyətinin ağır olduğu bildirilir. (APA)

 

 

   NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib