Dərc edilib: 27-01-2017

https://www.nuh.az/9388-.html

Səməd bəy Mehmandarovun gəlininin başına iş gəldi - Bakıda +Foto

27.01.2017 18:01:40

Hadisə

Azərbaycan Xalq Cümhuriyyətinin hərb naziri olmuş general Səməd bəy Mehmandarovun gəlini İza xanımın başına iş gəlib.


Qafqazinfo” xəbər verir ki, generalın gəlini döyülüb. Belə ki, o, ənənəvi olaraq hər gün Dənizkənarı Milli Parka gedir və təmiz hava alır. Bu həftənin birinci günü isə evinə qayıdarkən arxasınca iki gənc düşüb. Onlar yaşadığı binanın blokunda qadının başına daşla vurublar. İza xanım huşunu itirib. Ayılanda görüb ki, oğrular barmağındakı üzüyü və çantasından 50 manatı götürüb qaçıblar.

Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hazırda qadının vəziyyəti qənaətbəxşdir.

Günel Hacı

 

 

  NUH.az

 


Səməd bəy Mehmandarovun gəlininin başına iş gəldi - Bakıda +Foto

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib