Dərc edilib: 29-01-2017

https://www.nuh.az/9403-.html

Tramp İŞİD-lə bağlı tapşırıq verdi

29.01.2017 14:17:12

Dünya

ABŞ prezidenti Donald Tramp Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinə 30 gün ərzində İŞİD-in məhv edilməsinə dair plan hazırlamağı tapşırıb.

APA -nın  “Röyters”ə istinadən verdiyi xəbərə görə, bu barədə D.Trampın imzaladığı müvafiq fərmanda bildirilir.
Bundan əvvəl D.Trampın Pentaqona İŞİD-lə mübarizə üzrə koalisiya üçün yeni müttəfiqlərin  müəyyənləşdirilməsinə dair göstəriş verib.
Qeyd edək ki, İŞİD-lə mübarizədə ABŞ-Rusiya əməkdaşlığının genişləndirilməsi məsələsi ötən gün Donald Tampla Vladimir Putin arasında baş tutmuş telefon danışığı zamanı əsas müzakirə mövzularından biri olub.

 

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib