Dərc edilib: 31-01-2017

https://www.nuh.az/9425-.html

Qarabağ müharibəsi əlili prezidentə müraciət etdi

31.01.2017 17:42:06

Günün sitatı

                                                               Azərbaycan  Respublikasının  Prezidenti  İlham Əliyev cənablarına 

 

                                                                Bakı şəhəri, Nizami r-nu, Q. Qarayev

                                                                 Pr., ev 120, m. 28-də yaşayan ehtiyatda

                                                                 Olan II qrup Qarabağ Müharibəsi əlili

                                                                 Hüseynov  Zakir Zahid oğlunun

                                                                  Tel: (012) 376-89-92; (050) 538 36 56

 

 

 

                                       MÜRACİƏTİ

Hörmətli Prezident!

 

Mən, 20.10.1992-ci ildə, bir zabit kimi könüllü olaraq hərbi xidmətə yollanmışam. 08.08. 1993-cü ildə düşmənlərə qarşı gedən döyüşlər zamanı ağır yaralandım və ayağımı dizdən yuxarı itirməklə II qrup əlil oldum. Yaralandıqdan sonra da təxris olunmayıb Müdafiə Nazirliyinin tabeliyində olan hərbi kommisarlıqlarda hərbi xidmətini davam etdirdim.

        24.06.2009-cu ildə ştat ixtisarı ilə ixtisar olunmuş, sərəncama götürülmüşdüm. “Hərbi xidmətkeçmə haqqında” əsasnamənin 156-cı maddəsinin “a” bəndinə əsasən (xidmət müddəti başa çatdığına görə) vaxtından əvvəl heç bir qüsurum olmadığı halda son yaş həddinə çatmamış hərbi xidmətdən 46 yaşında ehtiyata tərxis etdilər. Hərbi xidmətdən tərxis olunduqdan sonra Bakı şəhəri, Nizami rayonu Hərbi Kommisarlığında mülki işçi kimi işə qəbul olundum. Bu vəzifədə hazırkı vəzifə maaşın 350-400 manat civarındadır.

        2012-ci ildə hərbi kommisarlıq sistemi yenidən qurularaq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradıldıqdan sonra guya işçi sayının azalması və ya ştatların ixtisara salınması “əsas” götürülməklə (AR ƏM, 70-ci maddə) tutduğum vəzifədən qeyri-qanuni olaraq azad edilmişəm.

Bir müddət sonra isə məni SHXÇDX-nin nəzdində olan “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı” MMC-nin Bakı şəh. Xətai rayon filialında mühəndis-mexanik kimi işə qəbul etdilər.

    Döyüş və əmək fəaliyyətin barədə qısaca məlumat verdikdən sonra müraciətimin məqsədinə keçmək istəyirəm:

      -Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinə ixtisara salınmağım ədalətli olmamışdır, çünki mən vəzifəmin öhdəsindən lazımınca gəlirdim, həm də bir veteran və müharibə əlili kimi ixtisara salınmalı deyildim  ( bu , “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və “Əlillərin sosial müdafiəsi haqqında” Qanunun 24 və 29-cu maddələrinə ziddir. Hətta Əmək Məcəlləsinin 78-ci maddəsi də buna yol vermir). Bundan başqa, mənim tutmuş olduğum ştat ixtisara düşməyib, sadəcə adı dəyişib və həmin ştata başqa şəxs müfəttiş olaraq qəbul edilmişdir. Maaşı da yuxarıda göstərdiyim kimi, 350-400 manat arasındadır, yəni mənim indiki maaşımdan dəfələrlə çox. Bu qədər maaş fərqi olan çox daha aşağı vəzifəyə keçirilməyə mən necə razılıq verə bilərdim?

    -Hazırda HVMH-də işlədiyim mühəndis-mexanik vəzifəsi əsla mənim ixtisasıma uyğun deyildir, mən nə mühəndisəm, nə də mexanik işini bilmirəm.

İndiki iş yerindən aldığım 143 manat heç mənim müalicə xərclərimə kifayət etmir, habelə hərbi rütbəmə uyğun deyildir. Mən polkovnik-leytenant kimi ehtiyata buraxılmışam.

   -Ahıl valideyinlərim ermənilərlə həmsərhəd kənddə yaşayır, daim düşmən atəşinə məruz qalırlar. Mən onların da qayğısına qalmalıyam. Həyat yoldaşım və qızım 2003-cü ildə vəfat etmişlər. Hal-hazırda himayəmdə azyaşlı yeganə oğlum var, mən ona həm ata, həm də anayam.

   -Dəfələrlə ixtisas və təcrübəmə uyğun işlə təmin olunmaq üçün SHXÇDX-nin hazırkı  rəisi general-leytenant Arzu Rəhimovun qəbulunda olmuşam, bu orqana yazılı müraciət etmişəm (surətləri qoşulur). Lakin bu günədək məsələ həllini tapmamış və mən münasib işlə təmin olunmamışam, odurki müraciətlərimi bir daha bu orqana göndərməməyinizi Sizdən çox rica edərdim.

     Möhtərəm Prezident!

    Mən işğal olunmuş ərazilərimizin azad olunması üçün yenə öz canımı verməyə hazıram.

    Respublikanın ərazi bütövlüyü uğrunda sağlamlığımı itirməyimi, himayəmdə azyaşlı övlad olmasını, ahıl valideyinlərinin sərhəd kəndində yaşamalarını, iş təcrübəm və ixtisasımı nəzərə alıb mənim Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaşayış yerinə yaxın Bakı şəhər idarəsindən birində işlə təmin olunmağım barədə göstəriş verməyinizi Sizdən xahiş edirəm.

 

 

                           İmza:                                         Hüseynov Zakir Zahid oğlu.

NUH informasiya agentliyi səhifəsindən çap edilib