Dərc edilib: 01-02-2017

https://www.nuh.az/9432-.html

"Onlayn medianın hüquqi statusu müəyyəşdirilsin" - Milli Məclisdə təklif

01.02.2017 16:18:44

Cəmiyyət

Milli Məclisin bu gün keçirilən iclasında deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov internet medianın statusunun müəyyənləşdirilməsi məsələsini qaldırıb.

 
Modern.az saytının xəbərinə görə, deputat bildirib ki, domen və hostinq alan insanların bəziləri, internetdə istədiyini yazır.
Onun sözlərinə görə, bunları məhkəmə müstəvisində həll etmək çətindir.

“Gərək, söz azadlığı çərçivəsini aşmasınlar. Buna görə də, təklif edirəm ki, internet medianın hüquqi statusunu müəyyənləşdirmək lazımdır. Bununla yanaşı, onlayn mediaya dövlət tərəfindən maliyyə ayrılsa, bu, yaxşı olar”-deyə Əflatun Amaşov bildirib.

 

  NUH.az


NUH informasiya agentliyi səhifəsindən çap edilib