Dərc edilib: 02-02-2017

https://www.nuh.az/9447-.html

Mir Şahindən maraqlı anons: ANS açılacaq?

02.02.2017 16:17:22

Maraqlı

Ötən il fəaliyyətinə xitam verilən ANS şirkətlər qrupunun vitse-prezidenti Mir Şahin Ağayev maraqlı açıqlama ilə çıxış edib.


Qaynarinfo.Az xəbər verir ki, jurnalist "Facebook" səhifəsində ANS-in bağlanması ilə bağlı müsbət fikirdə olanları tənqid edib və telekanalın yenidən fəaliyyətə başlayacağına dair mesaj verib: "ANS yenə də göstərir. Dostları və düşmənləri! Dostlardan danışmayacağam, amma nə qədər qarğa-quzğun var imiş, ilahi! Heç demə bizim gözlərimizmiş onları göyərçin gözündə görən. 

Yəni ANS-i qaralayan bu bədbəxtlər doğrudan inanırlar ki, vəssalam?! Bitdi?! Ayy, ayy, ayy! Tələsmək lazım deyil. ANS elə dəyərdir ki, zaman keçdikcə müqəddəsləşəcək. Abu Lahab olmayın. Bəzən başa atılan çirkablar düşdüyü başı sonradan and yerinə çevirir. Başı batırmayın. Çünki sonra bu başı elə özünüz öpüb, gözünüzün üstdə qoyacaqsınız!” 

 

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib