Dərc edilib: 03-02-2017

https://www.nuh.az/9455-.html

Müdafiə Nazirliyi əsir düşən Elnur Hüseynzadənin anasının fikirlərinə münasibət bildirdi

03.02.2017 12:55:53

Maraqlı

"Bir sıra elektron informasiya resurslarında yayılan videosüjetdə Elnur Hüseynzadənin anası oğlunun hərbi xidmətdə olması ilə bağlı bəzi fikirlər səsləndirib".

 

Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Açıqlamada deyilir: "Bir daha bildiririk ki, keçmiş müddətdən artıq hərbi xidmət hərbi qulluqçusu kimi hərbi xidmətdə olduğu qısa bir zamanda E. Hüseynzadə intizamsızlığına görə bir neçə dəfə cəzalandırılmasından nəticə çıxarmayıb. Bu səbəbdən “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndinə əsasən xidməti uyğunsuzluğa görə birlik komandirinin əmri ilə ordu sıralarından tərxis olunub. Qeyd etmək lazımdır ki, E.Hüseynzadənin nizam-intizamlı və hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsində ailəsinin də rolu olmalı idi".

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib