Dərc edilib: 04-02-2017

https://www.nuh.az/9488-.html

Goranboyda ailə faciəsi: bir evdə 3 nəfər zəhərləndi, ailə başçısı öldü

04.02.2017 17:57:57

Hadisə

Goranboyda qidadan zəhərlənmə olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Xınalı kənd sakini, 1976-cı il təvəllüdlü İsaq Hüseynov, həyat yoldaşı 1986-cı il təvəllüdlü Səlmi Hüseynova və 9 yaşlı qızı qida zəhərlənməsi əlamətləri ilə Gəncə şəhəri Abbas Səhhət adın 1 saylı şəhər xəstəxanasına yerləşdiriliblər.
Həkimlərin səylərinə rəğmən, İ. Hüseynovun həyatını xilas etmək mümkün olmayıb. S. Hüseynova və azyaşlı qızının vəziyyətinin isə ağır olduğu bildirilir.
Məlumata görə, Hüseynovlar ailəsinin evində dünən gecə alüminium qazanda mərci supu hazırlanıb. Bir gecə həmin qazanda saxlanılan yeməyi yeyən ailə üzvləri bu gün zəhərlənib.

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib