Dərc edilib: 05-02-2017

https://www.nuh.az/9492-.html

FETÖ-yə görə iki məktəb bağlandı

05.02.2017 12:42:45

Region

Gürcüstan Elm və Təhsil Nazirliyi Batumidəki Şahin Dostluq liseyinin və ibtidai sinif məktəbinin fəaliyyətini dayandırıb.


 Virtualaz.org   xəbər verir ki, liseyin FETÖ əlaqəli olduğu məlum olub. Nəticədə, Gürcüstan elm və təhsil nazirliyi ibtidai məktəbin və liseyin lisenziyasını ləğv edib.

Nazirlikdən bildirilib ki, lisenziya bir çox məsələlərlə əlaqədar, eyni zamanda tədris prosesində ciddi nöqsanlara görə ləğv olunub. Həmin məktəblərdə dərs prosesləri dayandırılacaq.

Tədrisin dayandırılması barədə qərar qəbul edildikdən sonra həmin məktəblər bağlanılıb.

Məlumata görə, həmin təhsil ocaqlarında 340 nəfər şagird təhsil alıb

Nazirlikdən verilən məlumata görə, bağlanan məktəblərin şagirdləri Batumidəki digər təhsil ocaqlarında təhsillərinə davam edəcəklər.

 

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib