Dərc edilib: 05-02-2017

https://www.nuh.az/9493-.html

Londonda Tramp əleyhinə irimiqyaslı aksiya keçirildi

05.02.2017 12:47:05

Dünya

Donald Trampın yürütdüyü siyasət əleyhinə yürüş keçirilib.


"Report"un məlumatına görə, minlərlə paytaxt sakini Birləşmiş Ştatların 45-ci prezidentinə etiraz əlaməti olaraq küçələrə çıxıb. Aksiya ABŞ-ın Britaniya paytaxtındakı səfirliyinin binası yaxınlığında başlayıb.

Etirazçılar bundan sonra marşla krallıq parlamentinin binasına doğru hərəkət ediblər. Onlar əllərində üzərinə "Trampa yox, müharibəyə yox!", "Trampa yox, rasizmə yox!" şüarları yazılmış plakatlar tutublar. Aksiya iştirakçıları həmçinin ABŞ prezidentinin Britaniyaya səfərinə də etirazlarını bildiriblər.

Etirazçılar eyni zamanda Trampın müsəlman ölkələri vətəndaşlarının ABŞ-a gəlişini qadağan edən fərmanını kəskin pisləyiblər.

 

  NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib