Dərc edilib: 06-02-2017

https://www.nuh.az/9505-.html

Azərbaycanda komitə sədri bıçaqlandı

06.02.2017 13:16:18

Hadisə

Komitə sədrinin dediyinə görə "bıçağın üstünə yıxılıb"

Naxçıvan Muxtar Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri İsmayılov Bəxtiyar Məmməd oğlu bıçaqlanıb.
Bu barədə Qaynarinfo.Az-a Müxtar Respublikadakı mənbələrdən məlumat daxil olub.
Məlumatı verən mənbə Bəxtiyar İsmayılovun kimin tərəfindən bıçaqlanmasını və hadisənin səbəbini bilmir. Lakin komitə sədrinin yaxın ətrafına bildirdiyinə görə,  evin mətbəxində də "bıçağın üstünə yıxılaraq" xəsarət alıb.
Tibbi yardım göstərilən Bəxtiyar İsmayılovun səhhəti hazırda normaldır.

 

   NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib